Azad Rəhimov yeni nazirlə görüşdü
13.05.2013 - 12:53
Gənclər və idman naziri Azad Rəhimov bu gün Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, qonağı salamlayan Rəhimov ona ölkəmizdə dövlət gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlə barədə məlumat verib.
Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası daha bu baxımdan daha faydalı ola bilər.
Qonağa univiziya tələbə musiqi yarışması barədə məlumat verən nazir bu yarışın beynəlxalq status alacağını və hələlik 30-40 ölkədən təmsilçilərin iştirakının nəzərdə tutulduğunu qeyd edib.
Azərbaycanda idmanın maddi-texniki bazasının ilbəil genişləndiyini qeyd edən nazir Azad Rəhimov hazırda ölkəmizdə 36 olimpiya idman kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib.
Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən gürcü nazir Azərbaycanla əməkdaşlığın Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib. Levan Kipiani bir çox idman növləri üzrə birgə təlim-məşqlərin, eləcə də birgə yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini qeyd edib.
Xatırladaq ki, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud Sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0