4 manatdan 50 manata kimi
17.05.2013 - 17:31
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, biletlərin qiymətləri sektorlara uyğun olaraq fərqlidir. Belə ki, iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək matçı canlı izləmək istəyən azarkeşlər 4, 9, 14 və ya 50 manat ödəməlidirlər.
Qeyd edək ki, biletləri 28 Mall Ticarət Mərkəzi və Bakcell Arena-nın kassalarından almaq olar.
Qeyd edək ki, biletləri 28 Mall Ticarət Mərkəzi və Bakcell Arena-nın kassalarından almaq olar.
0
0