Azərbaycanla oyuna çağırıldı, qabırğası qırıldı
27.05.2013 - 13:42
Azərbaycanla oyuna çağırıldı, qabırğası qırıldı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Lüksemburq millisi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, iyunun 7-də Bakıda keçiriləcək qarşılaşmaya çağırılan Çarlz Levek ciddi zədələnib.

30 yaşlı sağ cinah yarımmüdafiəçisi çıxış etdiyi “Etzella Ettelbruk” klubunun “Düdelanj”la qarşılaşması zamanı xəsarət alıb. Hava mübarizəsi zamanı Levek komanda yoldaşı Filip Hamla toqquşub.
Bundan sonra hər 2 oyunçu yerə çırpılıb. Milliyə çağırılan Levekin bir neçə qabırğası qırılıb. Bu isə onun ən yaxşı halda, yaxın 2-3 ay ərzində yaşıl meydanlardan kənar qalmasına səbəb olub. Belə zədən sonra futbolçunun millimizə qarşı oynaması da mümkünsüz olub.

Qeyd edək ki, 2004-cü ildən yığmada çıxış edən Şarl 38 matçda meydana çıxıb.