“Lüksemburqla “Tofiq Bəhramov”da oynamaq daha yaxşı olardı”
31.05.2013 - 14:37
“Daha yaxşı olardı ki, bəlkə məhz bu rəqiblə “Tofiq Bəhramov”da oynayardıq. Çünki “Neftçi”nin futbolçularını çıxmaq şərti ilə biz daha çox bu stadiona öyrəşmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib. Millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu ilk dəfə “Bakcell Arena”da keçirəcək.
Rəşad iyunun 7-də qonağımız olacaq Lüksemburq yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda üzləşməyi istəyirmiş: “Düzdür, “Bakcell Arena” çox gözəldir, yaxşı meydançası var. Ancaq bir stadiona öyrəşəndə, istər-istəməz ona alışqanlıq olur. Bu mənada “Bakcell Arena” bizim üçün yeni məkan, yeni ab-hava olacaq. Məhz Lüksemburqla Respublika stadionunda oynayıb, digər rəqiblərlə “Bakcell Arena”da üzləşmək olardı. Çünki kiçik stadiondur, kompaktdır. Əgər belə məsləhət görüblərsə, bu stadionda oynayacağıq. İnşallah, həmin möhtəşəm arenada ilk oyunumuzda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Mehman SÜLEYMANOV

0
0