Yaqub Blaşikovski daha 5 il də “Borussiya”da
03.06.2013 - 21:04
Dortmund “Borussiya”sı ulduz futbolçu ilə rəsmən anlaşıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının finalçısı Yaqub Blaşikovski ilə müqavilənin müddətini daha 5 il də uzadıb.
Bu xəbəri Dortmund təmsilçisinin özü də təsdiqləyib. Polşa milli komandasının 27 yaşlı kapitanının yeni müqaviləsi 2018-ci ilə qədər davam edəcək.
Qeyd edək ki, 2007-ci ildən “Visla”dan “Borussiya”ya transfer olunan Blaşikovski bu klubun heyətində 168 matçda meydana çıxıb. O, 25 qolun və 41 səmərəli ötürmənin müəllifi olub.

0
0