Lüksemburq yığmasının Bakıda açıq məşqinin vaxtı bilindi
04.06.2013 - 16:33
Lüksemburq yığmasının Bakıda açıq məşqinin vaxtı bilindi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Lüksemburq yığmasının iyunun 6-da "Bakcell Arena"da məşqi keçiriləcək. Apasport.az saytının məlumatına görə, aaat 19:00-da başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, Azərbaycanla Lüksemburq arasında iyunun 7-də saat 21:00-da başlayacaq oyun həmin stadionda keçiriləcək.

Mənbə: affa.az