Braziliyadakı dünya çempionatına ilk vəsiqənin sahibi müəyyənləşib
04.06.2013 - 17:26
Braziliyadakı dünya çempionatına ilk vəsiqənin sahibi müəyyənləşib
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının ilk iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən ilin mayında evdə milli komandamıza yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gələn Yaponiya yığması final mərhələsinə vəsiqə qazanıb.

Bu, onların seçmə mərhələdə Avstraliya yığması ilə bu gün öz meydanına 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşündən sonra dəqiqləşib. Belə ki, hesabda geridə olan asiyalılar yarımmüdafiəçisi Keysuke Hondanın penaltidən vurduğu bərabərlik qolu sayəsində istəyinə çatıb. Bununla da 14 xalla qrupunda lider olan italiyalı Alberto Zakkeroninin baş məşqçisi olduğu yığma artıq əlçatmazdır. Yaponiya ən yaxın izləyiciləri olan Avstraliya ilə İordaniyanı 7 xal qabaqlayır.

Qeyd edək ki, Braziliya ev sahibi olduğundan seçmə mərhələdən azaddır.