Millimizin baş məşqçisi məyusdur
05.06.2013 - 23:00
“Təbii ki, məyusam. Ümumu götürdükdə, komandamın göstərdiyi oyun və əldə etdiyi nəticələrə görə qürur duyuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin 17 yaşadək futbolçularından ibarət komandasının baş məşqçisi Nikolay Adam deyib.
O, III Caspian Cup beynəlxalq turnirinin finalında Türkiyə yığmasına 4:1 hesabı ilə uduzmaqlarına şərh verib: “Əksər komandalar yüksək səviyyəli oyun nümayiş etdirdilər. Penaltini vura bilmədik. Bundan sonra uşaqlar özlərinə gələ bilmədilər və qapımızda ilk qolu gördük. Qapımıza vurulan üçüncü qol isə oyunun qırılma nöqtəsi oldu. Həmin qoldan sonra futbolçular ruhdan düşdülər. Bu turnir Avropa çempionatının seçmə oyunları öncəsi komandamın qüvvəsini sınaması baxımından əhəmiyyət kəsb etdi. Yaxşı komandalara qarşı mübarizə apardıq”.
Mənbə: affa.az

0
0