Teymur Məmmədov: Məni yalnız qızıl medal qane edir
06.06.2013 - 08:09
Belarusda keçirilən boks üzrə Avropa çempionatında yarımfinala vəsiqə qazanan Teymur Məmmədov 2011-ci ildəki nailiyyətini təkrarlamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Olimpiya mükafatçımız “Baku Fires” klubunun heyətində döyüşmüş ukraynalı Denis Poyatsıka qalib gəlmək üçün bütün gücünü səfərbər edəcəyini deyib.
Məmmədovun sözlərinə görə, 2 Avropa çempionunun dueli gərgin alınacaq: “Mən Ankarada keçirilən son Avropa çempionatının qalibiyəm. Burda da məni yalnız qızıl medal qane edir. Türkiyədəki uğurumu təkrarlamağa çalışacam. Yarımfinaldakı rəqibim ukraynalı Denis Poyatsıkadır. O, 2006-cı ilin qitə çempionudur. Odur ki, yarımfinalda iki Avropa çempionu qarşılaşacaq. Yəqin ki, maraqlı döyüş olacaq. Əlimdən gələni edəcəm ki, qalib gələrək, finala yüksəlim”.
Qeyd edək ki, vaxtilə “Baku Fires” klubunun heyətində çıxış etmiş Poyatsıka 1/8 finalda “Baku Fires”in digər üzvü moldovalı Vladimir Keleşi məğlub edib. Ukrayna nümayəndəsi yarımfinala vəsiqə uğrunda görüşdə Gürcüstan təmsilçisi Levan Quledanidən üstün olub.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0