“11 nömrəli futbolçunun olmamağı yaxşıdı”
06.06.2013 - 17:00
“Azərbaycan yığması sabahkı oyunda favoritidir”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin müdafiəçisi Erik Hoffman deyib.
O bildirib ki, millimizlə sabah baş tutacaq rəsmi oyunda müdafiədə itkilərinin olmağına baxmayaraq, problemlə üzləşməməlidirlər.
“Düzdür, aparıcı müdafiəçimiz yoxdur. Ancaq onun əvəzinə yeni futbolçumuz var. Bizə Bakıdakı oyunda heç-heçə də bəsdir. Lüksemburqdakı kimi oynasaq, 1 xal da bizə yetərlidir. Bilirik ki, Azərbaycan yığması ilk dəqiqələrdən hücum edəcək, müdafiəmizi yarmağa çalışacaq. Ancaq biz buna hazırıq. Rəqibin 11 futbolçusunun hamısı real təhlükədir. Lüksembuqrdakı görüşdə ən fəallardan olan 11 nömrəli futbolçunun (Rauf Əliyev nəzərdə tutulur – red.) olmamağı bizim üçün yaxşıdır. Əvəzində 7 və 15 nömrəli futbolçular (Vaqif Cavadov və Ruslan Abışov nəzərdə tutulur -red) heyətdə var”.
Hoffman artıq uduzmağa öyrəşdiklərini etiraf edib: “Ancaq elə oyunlar var ki, onları udmalıyıq. Azərbaycanla matç da bunlardandır. Bu oyunda uduzmağı düşünmürük. Burda hava isti olsa da, bizə problem yaratmamalıdır. Çünki axşam saat 9-da oynayacağıq. Əgər daha tez oynasaydıq, bizə çətin olardı”.

0
0