Məmmədyarov 3-cü, Rauf Məmmədov 44-cü yerdə
07.06.2013 - 09:24
Rusiyanın Xanti-Maysiysk şəhərində şahmatın rapid və blits növləri üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 58 zəka sahibi rapid növündə qarşılaşıblar.
Baş tutan 5 turun nəticəsinə əsasən Azərbaycan millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov 4 xal (3 qələbə, 2 heç-heçə) toplayaraq, 3-cü yerdə qərarlaşıb. Digər şahmatçılarımıza gəlincə, Eltac Səfərli 12-ci (3,5 xal), Qədir Hüseynov 42-ci (2), Rauf Məmmədov 44-cü (2) pillədə yer alıb. Turnir cədvəlinə isə rusiyalılar – Yan Nepomnyaşiy və Aleksey Dreyev başçılıq edirlər. Onların aktivində 4,5 xalları var.
Qeyd edək ki, bu növdə qalib sabah müəyyənləşəcək. İyunun 9-10-da isə blits növündə ən güclülər bilinəcək.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0