“Biz Azərbaycan millisi ilə ciddi matçda səhv etməməliyik”
08.06.2013 - 09:39
“Milli komandamızın gələcək taleyin bir az narahatçılıq doğurur. Çünki Rusiyanı qarşıdakı Azərbaycan və Şimali İrlandiya yığmaları ilə ciddi matçlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva “Spartak”ın sabiq futbolçusu Valeri Reynqold deyib. “Sovetski Sport”un idman eksperti milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə səfərdə 0:1 hesabı ilə uduzaraq, liderliyini əldən verməyindən sonra gələcəyi ilə bağlı narahatçılıq keçirir.
Onun sözlərinə görə, ruslar seçmə mərhələyə oktyabrda yekun vuracaqları Azərbaycanla oyuna ciddi sınaq kimi baxmalıdır: “Bizim hələ bir səhvə hüququmuz da var. Ancaq İsraillə oyunumuz da qalıb ki, buna görə tez arxayınlaşmamalıyıq. Toparlanıb, Azərbaycan, Şimali İrlandiya və İsraillə qalan matçlarımızda səhvə yol verməməliyik”.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0