Avropa zonasında ilk pley-off iştirakçısı müəyyənləşdi
08.06.2013 - 10:38
Avropa zonasında ilk pley-off iştirakçısı müəyyənləşdi
Belçika milli komandası 2014-cü il dünya çempionatının final mərhələsinə gedən yolu yarılayıb. Apasport.az saytının məlumatına görə, belçikalılar ən azı pley-offda iştirak edəcəyini rəsmiləşdirməklə, Avropa zonasında buna nail olan ilk komanda olub.

Bu, yığmanın evdə Serbiyaya 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra gerçəkləşib. Nəticədə 19 xalla qrupda vahid lider olan, ən yaxın izləyicisi Xorvatiyanı son 3 oyun qalmış 3 xal qabaqlayan Belçika ən azı 2-ci yeri özü üçün təmin edib. .

Belçikalılar Azərbaycan yığmasının da yer aldığı 9 qrupda ən çox xal yığandır. İkinci göstəriciyə 6 oyunda yüz faizli nəticə göstərərək, 18 xalı olan Hollandiya yığması malikdir. Belçika isə 7 oyundan 6-da qalib gəlib, 1-də heç-heçə edib.