Poştiqa Azərbaycan yığmasının Rusiyanı büdrədəcəyini gözləyir
08.06.2013 - 12:01
“Rusiya yığmasına qalib gəlib, liderliyi ələ keçirməyimiz əla oldu. Bununla da dünya çempionatına 1-ci yerdən çıxmaq şansımızı saxladıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Elder Poştiqa deyib. Azərbaycan yığmasına ötən il sentyabrında evdə 3:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda 2-ci qolun müəllifi olan “Saraqosa”nın hücumçusu bu dəfə əsl qəhrəman oldu.
Belə ki, Portuqaliyanın Rusiyaya Lissabonda 1:0 hesabı ilə qalib gəldiyi matda qələbə topunun müəllifi indi rəqibin qalan matçlarında büdrəyəcəyinə ümid edir: “Biz hazırkı seçmə mərhələni ləng başladıq. Ancaq bundan hər şey yaxşı getməlidir! Hərçənd düzünə qalsa, son məqsədə çatmağımız üçün hələ çox işləməliyik. İndi biz ruslara itirilmiş xallara görə uduzuruq. Ancaq onların Şimali İrlandiya, İsrail, Lüksemburq və Azərbaycanla oyunları qalıb. Deməli, bu matçlarda rəqibin xal itirmələrini gözləməliyik”.
Qeyd edək ki, Rusiya cari seçmə mərhələni oktyabrın 15-də millimizlə səfər oyunu ilə bitirəcək.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0