Lüksemburqda Bakıdakı bərabərliyi yaxşı nəticə sayırlar
08.06.2013 - 13:39
Lüksemburq mətbuatı milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə səfər oyununu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yerli jurnalistlər Bakıda 1:1 hesabı ilə yekunlaşan matçda nəticədən razı qalıblar. Onlar hesab edir ki, rəqib meydanından 1 xalla qayıtmaq yaxşıdır.
Lüksemburqlu həmkarlarımız ilk hissədə bizim, fasilədən dərhal sonra özlərinin yaxşı oynadığını qeyd ediblər. Onları üzən əsas məqam qələbə qazanmaq şansından yararlana bilməmələridir. Belə ki, son saniyələrdə qapıçımız Kamran Ağayevlə üzbəüz qalan lüksemburqlu futbolçunun “çərçivəyə”yə düşə bilməməyi onları məyus edib.

0
0