Millimizin statistik göstəricilərdə üstünlüyü
08.06.2013 - 14:00
Millimizin statistik göstəricilərdə üstünlüyü
UEFA 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq oyununun statistikasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, millimiz “Bakcell Arena”da nəticələnən oyunda rəqibini həm ümumi, həm də “çərçivə”yə düşən zərbələrdə üstələyib.

Belə ki, Berti Foqtsun komandası qapıya 13 zərbə vurub ki, bundan 5-i “çərçivə”yə düşüb. Lüksemburqda bu göstərici 10-un 4-ədir. Biz künc zərbələrində qonaqları tam üstələmişik. Çünki rəqib yığmamızın 7 künc zərbəsinin qarşılığından cəmi 1-i yerinə yetirib. Qayda pozuntuları isə “cırtdanlar”da çoxdur – 24.

Lüksemburq oyundan bizdə çox sarı vərəqə də alıb – 4. Ancaq 19 qayda pozuntusu edən, 2 sarı vərəqə alan millimiz oyunda yeganə qırmızı vərəqəyə imza atıb. Bu, 85-ci dəqiqədə birbaşa qırmızı vərəqə alan milliləşdirilən serbiyalı hücumçumuz Branimir Subaşiç olub.