Lüksemburq - bizim üçün 4-cü
08.06.2013 - 14:51
Lüksemburq -  bizim üçün 4-cü
Azərbaycan milli komandası seçmə mərhələlərdə 4-cü dəfə bir rəqibə uduzmayıb. Apasport.az saytının məlumatına görə, bu, 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla artıq başa çatanlar oyunlarda reallaşıb.

Belə ki, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız rəqibi ilə səfərdə qolsuz, evdə 1:1 hesablı heç-heçə etməklə ona uduzmadı. Nəticədə millimizin 21 illik tarixində 4-cü belə olay gerçəkləşib. Bunadək Əsgər Abdullayevin baş məşqçiliyi vaxtında AVRO-2004-cü Serbiya və Çernooqriya uduzmayaraq, ondan 4 xal almışdıq – səfərdə 2:2, evdə 2:1.

Ardından baş məşqçi postunda olan Şahin Diniyev AVRO-2008-nin seçmə mərhələsində Qazaxıstanla hər 2 matçda 1:1 hesablı bərabərliyə qaldı. Nəhayət, Foqts DÇ-2010-un seçmə mərhələsində Lixtenşteynlə evdə qolsuz heç-heçə edib, səfərdə ona qalib gəldi – 2:0. Göründüyü kimi, “cırtdanlar”ı yenə öz meydanında üstələyə bilməyən almaniyalı çalışdırıcı bu dəfə 4 yox, 2 xalla kifayətlənməli oldu.