“Roland Qarros”un sahibi müəyyənləşdi
08.06.2013 - 22:50
“Böyük Dəbilqə” seriyasından olan tennis üzrə qadınlar arasında Fransanın açıq çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Roland Qarros” turnirinin finalda ötən ilin qalibi olan rusiyalı tennisçi Mariya Şarapova ilə amerikalı raketka sahibi Serena Uilyams üz-üzə gəlib.
Parisdə təşkil edilən həlledici görüşdə ABŞ idmançısı 2:0 hesabı ilə (6:4, 6:4) qələbə qazanıb. Bu həmçinin Şarapovanın rəqibi qarşısında ardıcıl 13-cü məğlubiyyəti olub.
Bununla da, “Böyük Dəbilqə” seriyasından olan turnirlərdə Uilyams 16-cı tituluna yiyələnib və ikinci dəfə “Roland Qarros”u qazanıb. Serenanın sözügedən yarışda ilk nailiyəti isə 11 il bundan əvvəl olub.
Qeyd edək ki, turnirin mükafat fondu 21 milyon 17 min avro təşkil edib.

0
0