İsveç və Ermənistan qazandı, Finlandiya xal itirdi - YENİLƏNİB
12.06.2013 - 00:08
2014-cü il dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında 3 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının istirahət etdiyi gündə 3 qrupda hərəyə 1 matç baş tutub.
I qrupunun sonuncusu Belarus yığması “Mərkəzi” stadionunda Finlandiya millisi ilə üz-üzə gəlib. Qarşılaşmada meydan sahibləri qalib gəlib, birdən-birə 2 pillə irəliləyəcəkdir. Lakin belarusluların istəkləri reallaşmayıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Oyunda isə hesabı əvvəlcə qonaqlar açıb. 24-cü dəqiqədə Teemu Pukkinin dəqiq zərbəsi yerli azarkeşləri məyus edib. Fasiləyə məğlub yollanan Belarus yalnız matçın 85-ci dəqiqədə hesabı tarazlaşdıra bilib. Dmitri Verxovsov komandasını məğlubiyyətdən xilas edib.
Final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan İsveç isə evdə xalı olmayan Farer adalarını sınağa çəkib. Stokholmda keçirilən oyunda Skandinaviya təmsilçisi rəqibini 2 cavabsız qolla üstələyib.
Beləliklə, Zlatan İbrahimoviçin qolları ilə qələbə qazanan İsveç xalını 11-ə çatdırıb və C qrupunda 3-cü pilləyə yüksəlib. Onları isə lider Almaniyadan 5 xal ayırır.
B qrupunun qonşu pillələrində qərarlaşan Danimarka ilə Ermənistan matçında isə azarkeşlər 4 qola şahidlik edib. Bu topların hamısı isə meydan sahiblərinin qapısından keçib.
Bununla da, Ermənistan 6 xalla 4-cü yerə yüksəlib.
I qrupu
Belarus – Finlandiya - 1:1
Qollar: Verxovsov, 85 - Pukki, 22
C qrupu
İsveç – Farer adaları - 2:0
Qollar: İbrahimoviç, 35; 82-pen
B qrupu
Danimarka – Ermənistan - 0:4
Qollar: Movsisyan, 1; 59 Ozbiliz, 19, Mxitaryan, 82

1 | İspaniya | 5 | 3 | 2 | 0 | 8-2 | 11 |
2 | Fransa | 5 | 3 | 1 | 1 | 8-4 | 10 |
3 | Finlandiya | 5 | 1 | 3 | 1 | 4-4 | 6 |
4 | Gürcüstan | 5 | 1 | 1 | 3 | 3-7 | 4 |
5 | Belarus | 6 | 1 | 1 | 4 | 4-10 | 4 |
C qrupu
İsveç – Farer adaları - 2:0
Qollar: İbrahimoviç, 35; 82-pen
1 | Almaniya | 6 | 5 | 1 | 0 | 22-7 | 16 |
2 | Avstriya | 6 | 3 | 2 | 1 | 15-5 | 11 |
3 | İsveç | 6 | 3 | 2 | 1 | 11-7 | 11 |
4 | İrlandiya | 6 | 3 | 2 | 1 | 12-10 | 11 |
5 | Qazaxıstan | 6 | 0 | 1 | 5 | 2-15 | 1 |
6 | Farer adaları | 5 | 0 | 0 | 5 | 2-18 | 0 |
B qrupu
Danimarka – Ermənistan - 0:4
Qollar: Movsisyan, 1; 59 Ozbiliz, 19, Mxitaryan, 82
1 | İtaliya | 6 | 4 | 2 | 0 | 12-4 | 14 |
2 | Bolqarıstan | 6 | 2 | 4 | 0 | 11-4 | 10 |
3 | Çexiya | 6 | 2 | 3 | 1 | 6-4 | 9 |
4 | Ermənistan | 6 | 2 | 0 | 4 | 6-8 | 6 |
5 | Danimarka | 6 | 1 | 3 | 2 | 6-9 | 6 |
6 | Malta | 6 | 1 | 0 | 5 | 2-14 | 3 |
0
0