Nasimovun komandası işini çətinləşdirdi
11.06.2013 - 17:00
Bu gün 2014-cü il dünya çempionatının seçmə mərhələsində Asiya zonasının A qrupunda növbəti oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin futbolçusu Bahodir Nasimovun formasını geydiyi Özbəkistan millisi səfərdə Cənubi Koreya yığmasına avtoqolla 0:1 hesabı ilə uduzub. Ötən il çempionatımızın ən sərrast oyunçusu olan hücumçu keçən həftə Çinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündəki kimi ehtiyatda qalıb.
Bununla da özbəklər şərlikli lider olduqları koreyalılardan artıq 3 xal geri qalır. Nasimovun komandası 2-ci pillədə mövqeyini qoruyarsa, Braziliyadakı final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ancaq onu nəzərə alaq ki, İran axşam Livanla ev oyununda qalib gələrsə, Özbəkistanı 2 xal ötəcək. Özbəklər son oyununu iyunun 18-də evdə Qətərlə keçirəcək.

0
0