Avstraliyalı idmançı Kubadan Floridaya üzəcək
13.06.2013 - 00:49
Avstraliyalı idmançı  Kubadan Floridaya üzəcək
Avstraliyalı idmançı Xloya Makkardel akuladan qorunmaq üçün heç bir qoruyucu vasitədən istifadə etmədən Kubadan ABŞ-ın Florida ştatına üzməklə rekord vurmağa cəhd etmək niyyətindədir. Lent.az-ın məlumatına görə, əgər bu baş tutsa, onda Makkardel dünyada xüsusi geyim olmadan bu məsafəni üzəcək ilk idmançı olacaq.

Avstraliyalı idmançının üzəcəyi məsafənin uzunluğu 160 km-dir. O, bu məsafəni 60 saata üzmək istəyir.

Bu xanım idmançı 1960-cı ildən diplomatik münasibəti kəsilmiş ABŞ-la Kuba arasında əlaqələrin yaxşılaşacağına inandığını da bildirib.