Zülfiyyə Hüseynovadan ipponla gələn çempionluq
14.06.2013 - 09:08
Zülfiyyə Hüseynovadan ipponla gələn çempionluq
Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb.

Belə ki, veteran idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Parisdə fəxri kürsünün ən yüksək pilləsinə Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) qalxıblar. Xanım cüdoçumuz bütün görüşlərini ipponla bitirib. Komandamızın heyətində “3-cülük” Elçin Mayılovun (60 kq) qismətinə düşüb.

Digər idmançılarımızdan Vüqar Budaqov (66 kq) 5-ci, Vüsal Cəfərov (90 kq), Rəsul Səlimov, Rəsul Sultanov (hər ikisi 100 kq) və Zaur Məcidov (+100 kq) 7-ci olublar.

Qeyd edək ki, yarış iyunun 15-də başa çatacaq.