Dünya çempionatına yollanan yığmamızın heyəti açıqlandı
14.06.2013 - 11:15
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 15-21-də Meksikanın Puebla şəhərində baş tutacaq yarışda kişi və qadın yığmalarımız tam heyətlə iştirak edəcəklər.
Belə ki, millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışa yollanacaq heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasi İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) daxil edib.
Qadınlardan ibarət seçmə komandamızın baş məşqçisi Gündüz Abdullayev isə dünya çempionatında Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Ağakişiyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (63 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevaya (73 kq) şans verəcək.
Qeyd edək ki, komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0