Ruslar Çexovda yığmamızı gözləyir
15.06.2013 - 16:54
Boks üzrə Azərbaycan millisinin Universiadaya hazırlıq planı məlum olub. Yığmamızın məşqçisi Nəriman Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, komandamız təlim-məşq toplanışına iyunun 17-də start verəcək.
Qəbələdə 5 gün hazırlıq keçəcək boksçularımız ayın 22-də Bakıya qayıdıb, 1 gün sonra Rusiyaya yollanacaqlar. Millimiz Moskva ətrafında yerləşən Çexov şəhərindəki “Mavi Şəhərcik” bazasında yerli yığma ilə birgə təlim-məşq toplanışına qatılıb, sınaq döyüşlərində güclərini yoxlayacaq.
Qeyd edək ki, Universiada iyulda Kazanda olacaq və Azərbaycan yarışda tam heyətlə mübarizə aparacaq.

0
0