Elnur Məmmədli: Daha 6 pillə geri
19.06.2013 - 13:15
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son siyahı ilə müqayisədə Azərbaycan millisinin aparıcı üzvlərindən yalnız Nicat Şıxəlizadə (66 kq) irəliləməyi bacarıb. Təmsilçimiz 1 rəqibini arxada qoyaraq, 8-ci yerə yüksəlib.
Peter Zayzenbaherin yetirmələrindən Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) öz mövqelərini qoruyublar. Onlar hazırda müvafiq olaraq, 24-cü, 11-ci, 2-ci və 6-cı pillələrdə qərar tutublar.
Onlarla müqayisədə komandamızın 6 cüdoçusu geriləyib. Ən çox aşağı düşən isə Olimpiya çempionumuz Elnur Məmmədli olub. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız daha 6 pillə geriləyərək, 38-ci yerə enib. Məmmədlidən başqa, İlqar Müşkiyev (60 kq) 3, Kifayət Qasımova (57 kq) ilə Ramilə Yusubova (63 kq) hərəyə 2, Tərlan Kərimovla (hər ikisi 66 kq) Rüstəm Orucov (73 kq) hərə 1 rəqibini özündən irəli buraxıb. Onlar hazırda müvafiq olaraq, 28-ci, 23-cü, 39-cu, 27-ci və 11-cidirlər.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0