Millimizin rəqibi Ruslan Abışovun oynadığı stadionu seçdi
20.06.2013 - 14:11
Millimizin rəqibi Ruslan Abışovun oynadığı stadionu seçdi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığması sentyabrdakı ev oyunlarını Moskvada keçirməyəcək. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız sentyabrın 6-da Lüksemburqu Kazandakı Mərkəzi stadionunda, 10-da İsraili Sankt-Petreburqda “Petrovski” arenasında qəbul edəcəyi haqda FİFA-ya rəsmi məktub göndərib. Oyunların başlanma saatı sonradan müəyyənləşəcək.

Rusların baş məşqçisi Fabio Kapello bundan öncə demişdi ki, hər oyun böyük ehtimalla Sankt-Peterburqda keçiriləcək. Ancaq rəqibimiz həmin matçların birini millimizin futbolçusu Ruslan Abışovun oynadığı “Rubin”in stadionunda keçirməyi qərara alıb.

Qeyd edək ki, rusların millimizə qalib gəldiyi “Lujniki” stadionu bağlanıb. Şimali İrlandiya ilə oynadıqları Moskvadakı digər arena – “Lokomotiv”in stadionu həm yüklənib, həm də Kapello qazonun keyfiyyətsizliyindən gileylənib.