“Mən bura gənclərə kömək etməyə gəlmişəm”
24.06.2013 - 20:41
“Mən bura gənclərə kömək etməyə gəlmişəm”
“Sumqayıt” Futbol Klubunda xeyli gənc futbolçular çıxış edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın yeni transferi Saşa Yunisoğlu deyib.

Təcrübəli müdafiəçi yeni komandasına keçidini şərh edib: “Mən bura gənclərə kömək etməyə və dəstək olmağa gəlmişəm. İnşallah uğurlu çıxış edib “Sumqayıt”a kömək edərəm”.

Qeyd edək ki, “Sumqayıt” Yunisoğlu ilə 1 illik müqavilə imzalayıb.