İdmançımız Türkiyə millisində debütündə medal qazandı - FOTO
27.06.2013 - 15:47
Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə millisinin heyətində ilk yarışa qatılıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ildən “ay-ulduzlu” formanı seçən 23 yaşlı sprinter debütdəcə qardaş ölkənin komandasına medal qazandırıb.
Belə ki, Akdəniz Oyunlarında 200 m məsafəyə qaçışda Quliyev ikinci yeri tutub. Əslində həmyerlimiz yunan idmançı Tsakonasla finiş xəttinə eyni çatsa da, qalib fotofinişlə bilinib. Burada isə Ramilin saniyənin yüzdə biri fərqi ilə gecikərək, rəqibinə uduzduğu müəyyənləşib. Yunanıstanlı atlet 20,45 saniyəyə məsafəni qət etdiyi halda, yığmamızdan imtina edən Quliyev 20,46 saniyəyə qaçıb. İlk “üçlüyü” isə ispaniyalı Ruis Serrano (20,74) tutub.
Qeyd edək ki, 2011-ci ildən Türkiyə vətəndaşlığını qəbul edən Ramil rəsmi yarışlara qatıla bilmirdi.

0
0