Qazaxıstandan 6 medalla
28.06.2013 - 17:01
Qazaxıstanın Kostanay şəhərində Seul Olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında çıxış edib.
Qazaxıstana yollanan 10 boksçumuzdan 6-sı vətənə medalla dönüb. 57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə (54 kq) 3-cü yerlə kifayətləniblər.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0