Neymar bıçaq altına uzanacaq
02.07.2013 - 04:34
Neymar bıçaq altına uzanacaq
“Barselona”nın yeni transferi Neymar bıçaq altına uzanacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb 21 yaşlı hücumçunun boğazında kiçik problemin olmasıdır.

Braziliyalı futbolçu bu həftə cərrahiyə əməliyyatı edildikdən sonra yeni komandası “Barselona”nın heyətinə qatılacaq. O bildirib ki, həmişəlik bu mövzunu bağlamaq və bütün məsələlər) həll etmək istəyir.

Qeyd edək ki, Neymar Konfederasiyalar Kubokunun finalında İspaniyanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə komandasının qollarından birinə imza atıb. O, turnirdə rəqib qapılarından 4 top keçirib.