Yığmamız Malta, Lüksemburq isə Litva ilə
12.07.2013 - 11:48
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparan Lüksemburq yığması avqustun 14-də Litva ilə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, bundan başqa, Lüksemburq millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə sentyabrın 10-da keçirəcəyi qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. “Jozi Bartel” stadionunda keçiriləcək oyun yerli vaxtla saat 20:15-də başlayacaq.
Qeyd edək ki, millimiz avqustun 14-də Bakıda Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, millimiz avqustun 14-də Bakıda Malta yığması ilə yoldaşlıq oyunu keçirəcək.
0
0