Hayle İbrahimov həm rekord qırdı, həm də qızıl medal qazandı
12.07.2013 - 20:39
Hayle İbrahimov həm rekord qırdı, həm də qızıl medal qazandı
Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadası davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycanın yüngül atleti Hayle İbrahimov turnirin final mərhələsində çıxış edib.

Təmsilçimiz 5000 metr məsafəli qaçışda finişə yenə birinci çatıb. O, 13 dəqiqə 35,89 saniyə nəticə göstərərək, turnirin həm yeni rekordunu müəyyənləşdirib, həm də qızıl medalına sahib olub.

Qeyd edək ki, İbrahimov yarımfinal mərhələsində 5000 metr qaçışda finiş xəttinə 1-ci (13.50.75) çatmışdı.