“Fiorentina”nın hücumçusu rəsmən “Mançester Siti”də! - FOTO
20.07.2013 - 01:03
“Fiorentina”nın hücumçusu rəsmən “Mançester Siti”də! - FOTO
“Mançester Siti” “Fiorentina”nın gənc hücumçusu Stefan Yovetiçin keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” 23 yaşlı futbolçu ilə 5 illik rəsmi müqavilə imzalayıb.

İngilis klubu ilə Florensiya təmsilçisi arasında razılaşmanın maliyyə şərtləri haqqında rəsmi məlumat verilməyib. Çernaqoriya millisinin üzvü yeni komandasında 35 nömrəli formanı geyinəcək.

Bununla da Stefan “Mançester Siti”inin heyətində Xesus Navas, Alvaro Neqredo və Fernandinodan sonra növbəti transfer olub.

Qeyd edək ki, Yovetiç “Fiorentina”nın heyətində 5 mövsüm çıxış edib. O, 134 matçda rəqib qapılarından 40 top keçirib. Stefan 2010/11 mövsümündə isə zədəli olduğu üçün meydana çıxmayıb. Yığma komandasın heyətində isə 27 oyunda 10 qola imza atıb.