İdmançımız dünya rekordu vurdu
29.07.2013 - 08:40
İdmançımız dünya rekordu vurdu
Paralimpiya üzrə Azərbaycan millisinin atleti Vladimir Zayets yeni dünya rekordu müəyyənləşdirib. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, idmançımız bu uğura Fransanın Lion şəhərində keçirilən dünya çempionatında nail olub.

Həmyerlimiz 3 təkanla tullanmada 15,30 m nəticə göstərərək qızıl medala sahib olmaqla yanaşı, rekordçular sırasında da birinci yerə yüksəlib.

Yarışda gümüş medalı Doniyo Saliyev (15,06 m, Özbəkistan), bürünc medal isə Sergey Burdukov (14,75 m, Belarus) qazanıb.