Ən acınacaqlı məğlubiyyət
02.08.2013 - 17:45
Ən acınacaqlı məğlubiyyət
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatlarının seçmə mərhələlərində ən böyükhesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Polşada keçirilən VIII seçmə qrupunda Avstriyaya 0:7 hesabı ilə yenilən Siyasət Əsgərovun yetirmələri indiyədək bundan ağır məğlubiyyət almamışdı.

Bugünkü darmadağın millinin antirekordunun təkrarıdır. Belə ki, futbolçularımız 2 il əvvəl oktyabrın 2-də İspaniya yığmasına da 0:7 hesabı ilə uduzmuşdu.

Ən böyükhesablı yenilgisi 7 top fərqilə olan komandamız 2 dəfə də 6 topa üzülüb. 2008-ci il oktyabrın 10-da Fransaya 0:6 hesabı ilə uduzan yığmamız 2012-ci il oktyabrın 31-də İsveçin gücünə şahid olmuşdu – 1:7.

Qeyd edək ki, millimiz dünya çempionatında daha böyük hesabla da uduzub.