31 idmançıya 2 illik cəza
06.08.2013 - 01:15
Türkiyə Atletika Federasiyası (TAF) 31 idmançını bütün yarışlardan 2 il müddətinə diskvalifikasiya edib. Apasport.az saytının xəbərinə görə, buna səbəb həmin idmançıların orqanizmindən istifadəsi qadağan edilmiş dərman preparatlarının tapılmasıdır.
Yarış vaxtı və sonradan götürülmüş dopinq-testlərin nəticəsi müsbət olub. Cəzalandırılanlar arasında çəkicatma üzrə olimpiya mükafatçısı Əşrəf Apak da var.
Qeyd edək ki, Türkiyənin atletika yığmasında əslən azərbaycanlı Ramil Quliyev də yer alıb. Lakin 23 yaşlı sprinterin adı cəzalandırılanlar siyahısında yoxdur. (Mənbə: Lent.az)

0
0