Hollandiyaya yollanacaq heyət məlum oldu
07.08.2013 - 10:28
Avqustun 12-də Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası baş məşqçi Şamil Alimcanov, məşqçilər Vidadi Tağıyev və Natiq Talıbovun rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcək.
Heyətə gənc olmasına baxmayaraq, böyüklərdən ibarət milli komandaya cəlb olunan Münasib Məmmədov (49 kq), Avropa birinciliyinin mükafatçısı Rahil Məmmədli (81 kq), yeniyetmələr arasında qitə birinciliyinin bürünc medalçısı Məhəmmədəli Tahirov (91+kq) daxil edilib. Digər çəki dərəcələrində Məsud Yusifzadə (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Hidayət Musayev (69 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, Avropa birinciliyinin final görşləri avqustun 17-də keçiriləcək.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0