“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
09.08.2013 - 02:22
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
Avropa Liqasının III təsnifat mərhələsinin bütün iştirakçıları məlum olub. Apasport.az saytının məlumatına görə, pley-offda iştirak edəcək 62 komandanın adına aydınlıq gəlib.

Onlar Çempionlar Liqasının III təsnifat mərhələsində uduzanlar, Avropa Liqasının eyni mərhələsində qalib gələnlər və buradan birbaşa mübarizəyə qoşulanlardır.

Artıq komandalar iki səbətə, səpələnmiş və səpələnməmişlərə bölünüb. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da həmin 62 komanda arasındadır. Ağdamlılar səpələnməmişlər qrupunda yer alıb. Onlar 31 yüksək reytinqli səpələnmişlərdən biri ilə qarşılaşacaq.

Səpələnmişlər: “Tottenhem” (İngiltərə), “Dinamo”(Kiyev, Ukrayna), “Braqa”(Portuqaliya), “Rubin”(Rusiya), “Fiorentina” (İtaliya), Spartak” (Moskva, Rusiya), “Alkmaar”(Hollandiya), APOEL (Kipr), “Beşiktaş” (Türkiyə), PAOK (Yunanıstan), “Zalsburq” (Avstriya), “Genk” (Belçika), “Sent-Etyen” (Fransa), “Eştoril” (Portuqaliya), “Nitsa” (Fransa), “Şerif” (Moldova), “Suonsi”(İngiltərə), “Sevilya”, (İspaniya), “Trabzonspor”, (Türkiyə), “Ştutqart” (Almaniya), “Rapid” (Avstriya), “Standart” (Belçika), “Udineze” (İtaliya), “Çernomorets” (Ukrayna), “Dnepr” (Ukrayna), “Betis” (İspaniya), “Partizan” (Serbiya), “Ayntraxt” (Almaniya), “Feynoord” (Hollandiya), “Makkabi” (Hayfa, İsrail), “Nordşelland” (Danimarka).