Dünya çempionatına 2 legionerlə
09.08.2013 - 14:47
Dünya çempionatına 2 legionerlə
Sabah Rusiyanın paytaxtı Moskvada atletika üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək mundialda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.

Belə ki, yarışda legionerlərimiz - Tilahun Əliyevlə Dmitri Marşin ölkəmizə medal qazandırmağa çalışacaqlar. Onlardan birincisi marafon, digəri çəkic atmada nəyə qadir olduğunu nümayiş etdirəcək.