“Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”
12.08.2013 - 08:03
“Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”
“Seçmə mərhələnin uğurlu sonluğuna ümidlərimizi qorumaq üçün Azərbaycan yığmasını evdə qalib gəlməyə borcluyuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail millisinin futbolçusu Bibras Natxo deyib.

Rusiyanın “Rubin” klubunda Azərbaycan yığmasının üzvü Ruslan Abışovun komanda yoldaşı olan futbolçu DÇ-2014-ün seçmə mərhələsinin sentyabrda baş tutacaq oyunları haqda fikirlərini açıqlayıb.

Gələn ayın 7-də millimizi qəbul edəcək israillilərin əsas heyət oyunçusu təkcə millimiz deyil, Rusiya ilə görüşdə də uğur qazanmaq arzusundadır: “Rusiya ilə matç seçmə mərhələnin ən çətin oyunu olacaq. Həmin qarşılaşmaya düzgün futbol oynamaq məqsədi ilə yanaşacağıq. Ümid edirəm ki, həmin görüşdə heç-heçə edə, hətta qaib gələ bilərik. “Rubin”lə müqaviləmə gəlincə isə bu məsələyə hələ aydınlıq gəlməyib. Mənim öz arzu və istəklərim var. Bu üzdən düzgün qərar verməliyəm”.

Qeyd edək ki, Azərbaycan və İsrail yığmaları arasında ötən il Bakıda keçirilən oyun 1:1 hesabı ilə başa çatmışdı. Həmin görüşdə hesabı məhz Natxo açmışdı.