Şarapova məşqçisini işdən çıxardı
18.08.2013 - 14:53
Şarapova məşqçisini işdən çıxardı
Rusiyanın tanınmış tennisçisi Mariya Şarapova Tsintsnnatidəki yarışın ikinci turundakı məğlubiyyətdən sonra məşqçisi Cimmi Konnorsla əməkdaşlığı dayandırıb. Apasport.az saytının xəbərinə görə, Mariya bu mütəxəssisin başçılığı altında Qadınların Tennis Assosiyasının Tsintsnnatidəki yarışında bir oyun keçirib, o da amerikalı tennisçi Sloan Stivensə qarşı olub.

Konnors bu ilin iyulunda Şarapova ilə işləməyə başlayıb. Ondan rusiyalı tennisçi isveçli məşqçi Tomas Hoqstedlə 3 il birlikdə çalışıb.