Atletlərin bu öpüşü qalmaqal yaratdı
19.08.2013 - 13:55
Atletlərin bu öpüşü qalmaqal yaratdı
Rusiyanın paytaxtı Moskvada başa çatan atletika üzrə dünya çempionatında rusiyalı idmançıların hərəkəti hələ də müzakirə olunur. Apasport.az saytının məlumatına görə, 2 gün öncə 4x400 m məsafəyə qaçışda planetin ən güclüsü olan Rusiya yığmasındakı qalmaqal daha da qızışıb.

Belə ki, mükafatlandırma mərasimi zamanı dünya çempionlarından ikisi - Kseniya Rıjova və Tatyana Firovanın dodaq-dodağa öpüşməsi Qərb mətbuatından müzakirə obyektinə çevrilib.

Rusiyada homoseksuallığın qadağası ilə bağlı qəbul olunan qərardan narazı olanlar bunun heç də insanların istəklərini əks etdirmədiyini vurğulayır və nümunə kimi Tatyana ilə Kseniyanın öpüşməsini göstərirlər.

Məsələnin bu həddə çatmasında məşhur idmançı Yelena İsinbayevanın bir neçə gün əvvəl səsləndirdiyi fikirlərin də rolu olub. Homoseksuallıq əleyhinə qərara dəstək verən tanınmış atlet “Biz özümüzü ənənəvi, normal insan sayırıq, bizdə qadınlar kişilərlə, kişilər qadınlarla yaşayır” deməklə, homoseksuallığa meyllilərin qəzəbinə tuş gəlmişdi.

İndi belələri İsinbayeva ilə eyni komandada fərqli düşüncədə olanların varlığını ortaya atır.