“Tuluza”nın futbolçusu Azərbaycanla oyuna hazır olacaq
20.08.2013 - 08:00
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının futbolçusu Ben Basatın durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Fransanın “Tuluza” klubunun hücumçusu ölkə çempionatının ötən turunda aldığı zədədən sonra müayinədən keçib.
“Bordo” ilə qarşılaşmada (1:1) qol sevinci yaşayan. Lakin zədələndiyi üçün əvəzlənən Benın aldığı xəsarətin gözlənildiyi qədər ağır olmadığı müəyyənləşib. 26 yaşlı futbolçu artıq bu ayın son günlərindən məşqlərə başlaya biləcək. Bu da ona sentyabrda keçiriləcək seçmə mərhələsinin Azərbaycan və Rusiyaya qarşı oyunlarına hazır olmaq imkan verəcək.
Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentyabrın 7-də Ramat-Qanda keçiriləcək.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0