Millimiz Qırğızıstana yollanır
24.08.2013 - 09:17
Boks üzrə böyüklərdən ibarət Azərbaycan millisi dünya çempionatına hazırlıq məqsədi ilə sabah Qırğızıstana yola düşəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız Qırğızıstan boksçuları ilə birgə İssık-Kul gölü sahilində yerləşən Müdafiə Nazirliyinin Tamqa kəndindəki sanatoriyasında məşq edəcək.
Seçməmiz Qırğızıstana baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 22 boksçu ilə yollanacaq. Heyətə Olimpiya oyunlarının mükafatçıları Məhəmmədrəsul Məcidov (+91 kq), Teymur Məmmədov (91 kq), Avropa çempionu Salman Əlizadə, Elvin Məmişzadə kimi təcrübəli boksçular daxil edilib. K-1 üzrə dünya çempionu Zabit Səmədov da millimizin heyətində təlim-məşq toplanışına qatılacaq.
Yığmamız sentyabrın 18-ə kimi Qırğızıstanda qalacaq. Daha sonra Bakıya qayıdacaq boksçularımız bir müddət istirahət etdikdən sonra bu dəfə Qazaxıstana toplanışa yollanacaqlar. Millimiz oktyabrın 13-də Almatıda start götürəcək dünya çempionatına kimi bu ölkədə qalacaq.
Yığmamızın heyəti
49 kq: Salman Əlizadə, Münasib Məmmədov
52 kq: Elvin Məmişzadə, Tural Əhmədov, Əbdürrəhman Şirinov
56 kq: İlkin Ağayev, Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov, Elvin İsayev, Rüstəm Musayev
64 kq: Heybətulla Hacəliyev, Elnur Süleymanov
69 kq: Tamerlan Abdullayev, Pərviz Bağırov
75 kq: Soltan Migitinov, Eldar Quliyev
81 kq: Rauf Rəhimov, Emil Əhmədov
91 kq: Teymur Məmmədov, Zabit Səmədov
+91 kq: Məhəmmədrəsul Məmmədov, Kamran Mehdiyev

0
0