“Seltik”in müdafiəçisi yığmamıza qarşı oynamaya bilər
26.08.2013 - 12:17
“Seltik”in müdafiəçisi yığmamıza qarşı oynamaya bilər
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan İsrail yığması itki ilə üzləşə bilər. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də Ramat-Qanda komandamızı qəbul edəcək Eli Qutmanın yetirmələrinin yenə Beram Kayal olmadan meydana çıxması gözlənilir.

Belə ki, Şotlandiyanın məşhur “Seltik” klubunda oynayan 25 yaşlı mərkəz müdafiəçisi “İnverness”lə (2:2) matçda zədələnib. 22-ci dəqiqədə əvəzlənən futbolçunun nə qədər yaşıl meydanlardan kənar qalacağı hələ açıqlanmır. Lakin futbolçunun həm millimizlə, həm də 3 gün sonra Rusiya ilə qarşılaşmaları buraxacağı istisna olunmur.

Qeyd edək ki, Kayal ötən il Azərbaycanla oyun öncəsi də zədələndiyindən Bakıya gəlməmişdi.