“Rabitə”nin voleybolçusu üçün final mərhələsi
29.08.2013 - 08:18
Qadın voleybolçulardan ibarət Polşa millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Pyotr Makovski Avropa çempionatının final mərhələsinə aparacağı oyunçuları müəyyənləşdirib.
O, heyətə Azərbaycan Super Liqasından voleybolçu da cəlb edib. Almaniya və İsveçrədə baş tutacaq ilk mərhələdə Polşa yığmasının heyətində “Rabitə”nin yeni transferi Katarjina Skovronska da yer alacaq. Ulduz voleybolçunun komandası Serbiya, Çexiya və Bolqarıstanla D qrupda yer alıb.
Qeyd edək ki, qitə çempionatı sentyabrın 6-da başlayacaq.

0
0