Azərbaycanla oyun üçün milliləşən braziliyalı
29.08.2013 - 17:33
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də millimizlə, 10-da Rusiya ilə görüşəcək israillilər daha bir futbolçunu yığmaya çağırıb.
Belə ki, baş məşqçi Eli Qutman milliləşən braziliyalı Qustavo Bokkolini komandaya çağırıb. 12 ildir İsraildə yaşayan 35 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə yığmada oynamaq imkanı əldə edib. Hayfa “Makkabi”sinin futbolçusu Avropa liqasında 2 dəfə “Xəzər Lənkəran”a qarşı oynadıqdan sonra indi də millimizə qarşı forma geymək imkanı əldə edib.
Qutmanı bu addımı atmağa heyətdəki ciddi itkilər vadar edib. Tomer Hemed və Eden Ben Basat kimi hücumçuların yoxluğunda mütəxəssis orta sahəni gücləndirməyə qərar verib. Baş məşqçinin Barak İshaki, Tal Ben Haim və OMAR Damari “üçlüy”ündən birini də komandaya cəlb edəcəyi gözlənilir.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0