İsrail yığmasının kapitanı özünə klub tapdı
29.08.2013 - 17:59
İsrail yığmasının kapitanı özünə klub tapdı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının kapitanı Yossi Benayun özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Çelsi” klubunda heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi müqaviləsi başa çatdıqdan sonra digər İngiltərə təmsilçisinə keçir.

Belə ki, 33 yaşlı futbolçu “Kristal Pelas”la danışıqları yekunlaşdırmaq üzrədir. İspaniyanın “Xetafe” klubu da Benayunu heyətində görmək istəsə də, Yossi neçə vaxtdır yaşadığı İngiltərədə qalmağa qərar verib.

Qeyd edək ki, bir neçə ay klubsuz qalan Benayun oyun praktikasının yoxluğu üzündən sentyabrın 7-də Azərbaycan millisi ilə keçiriləcək oyuna çağırılmayıb.