Millimizin açıq məşqinin başlanma vaxtı bilindi
02.09.2013 - 09:23
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə üz-üzə gələcək millimizin açıq məşqinin vaxtı açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabah “Bakcell Arena”da baş tutacaq açıq məşq saat 11:00-da olacaq.
Açıq məşq adından da göründüyü kimi mətbuat nümayəndələri və azarkeşlərin izləməsi üçün sərbəst olacaq. Məşqdən əvvəl isə jurnalistlərin futbolçulardan açıqlama almasına şərait yaradılacaq.
Qeyd edək ki, yığmamız sentyabrın 7-də İsraillə Ramat-Qan şəhərində üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0