İsrail – Azərbaycan oyununda isveçli hakim
02.09.2013 - 09:26
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək İsrail – Azərbaycan matçının baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ramat-Qan şəhərində baş tutacaq görüşü isveçli hakimlər briqadası idarə edəcək. Görüşün referisi Stefan Yohannesson olacaq.
Stokholmda anadan olan 42 yaşlı referi 2003-cü ildə beynəlxalq dərəcəli hakimdir. Nəqliyyat sahəsində çalışır. Avropa Liqası, hətta Çempionlar Liqasının qrup oyunlarına təyinat alan isveçli vaxtilə UEFA-nın elit kateqoriyasına daxil olub. Lakin sonradan onun kateqoriyası aşağı salınıb. Hazırda Yohanesson 1-ci kateqoriyaya daxildir.
İndiyədək heç vaxt yığmalarımızın oyununa təyinat almayan isveçli 2009-cu il avqustun 5-də Çempionlar Liqasının III təsnifat mərhələsində “Bakı”nın Bolqarıstanda “Levski”yə uduzduğu matçda hakimlik edib.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0